Ulduz futbolçu niyə son anda “Real”a keçməkdən imtina edib?
“Milan”, “Yuventus” və İtaliya millisinin keçmiş yarımmüdafiəçisi Andrea Pirlo maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, o, “Football Italia”ya açıqlamasında 2006-cı ilin yayında “Real”a keçməyə yaxın olduğunu bildirib:
“Dünya Kuboku yenicə başa çatdı və Kalsiopoli qalmaqalı baş verdi. “Milan”ın B Seriyasına göndərilmək ehtimalı var idi. Həmin vaxt Fabio Kapello “Real”a keçdi. Onunla və klub rəhbərliyi ilə danışdım, razılaşdıq. Mövsümöncəsi təlim-məşq toplanışına gələndə mənə dedilər ki, biz A Seriyasında qalacağıq, amma xallarımız alınacaq.
Bu barədə əmin deyildim, çünki artıq Madrid klubuna getməyə qərar vermişdim. Amma “Milan”a bazaya qayıdandan sonra Adriano Qalliani (red- həmin vaxt klubun vitse-prezidenti) və agentimlə görüşdüm. Bundan sonra qalmağa qərar verdim. Adriano müqaviləni stolun üstünə qoydu və rəqəmləri doldurmağımızı söylədi. Bir neçə gün sonra sənədlər imzalandı”.
