İspaniya

Pikenin onun  haqda ilk təəssüratı: Fikirləşdik ki, məhv edəcəyik

“Barselona”nın keçmiş müdafiəçisi Jerard Pike sabiq komanda yoldaşı Lionel Messini ilk dəfə görərkən yaşadığı təəssüratları xatırlayıb.

“O, şübhəsiz ki, futbol tarixinin ən böyük oyunçusudur. Leo kluba gələndə eyni yaşda olduğumuz üçün dörd-beş il gənclər akademiyasında bir yerdə oynadıq.

Leo kluba gələndə inanılmaz dərəcədə kiçik və həddindən artıq arıq idi. İlk dəfə görəndə fikirləşdik ki, ona toxunsaq, məhv edəcəyik, ona görə də diqqətli olmaq lazımdı.

Ancaq ilk məşqinə başlayanda elə təəssürat yarandı ki, topun onun ayağının altından qaçması qeyri-mümkündür. Messi qarşısıalınmaz idi. O gündən sonra dedik: “Vay, bu necə olur?!” – “TalkSport” Pikedən sitat gətirib.

Xatırladaq ki, Messi 2000-ci ildən 2021-ci ilə kimi Barselona sistemində olub.

Aut.az