İspaniya

Bu tarixdə ölkəyə qayıdacaq və dərhal həbs olunacaq

Hazırda Dominikan Respublikasındakı evində olan İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş prezidenti Luis Rubiales aprelin 6-da həbs olunacağı İspaniyaya qayıtmağı planlaşdırır.

Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Martın 20-də İspaniya prokurorluğu onun həbsinə order verib. Bu, İspaniya Superkubokuna ev sahibliyi etmək hüquqlarının Səudiyyə Ərəbistanına verilməsi ilə bağlı müqavilə işi ilə əlaqədar RFEF-in binasında axtarış aparıldıqdan sonra verilib.

Bu sövdələşmənin bağlanması zamanı korrupsiya və çirkli pulların yuyulması əlamətlərinin olduğu vurğulanıb. Xatırladaq ki, Səudiyyə Ərəbistanı ilə müqaviləyə əsasən, RFEF hər il 40 milyon avro qazanır.

Aut.az