Dünya futboluİspaniya

Şevşenko “Real”ın bazasında: Nə məsələdir? – FOTO

Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenko “Real Madrid”in bazasında olub.

Aut.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb:

“Andrey Şevçenko “Real Madrid Siti”də komandanı ziyarət etdi”.

Madrid klubunun mətbuat xidməti xəbər verir ki, ukraynalı əfsanə komandanın məşqini izləyib, “Espanyol”la oyun ərəfəsində Ançelotti və futbolçularla vaxt keçirib.

Rəsmi internet saytında Şevçenkonun Ançelotti və Luninlə ünsiyyətdə olduğu bir neçə foto da dərc edilib.

Aut.az

Şevşenko “Real”ın bazasında: Nə məsələdir? – FOTO

Şevşenko “Real”ın bazasında: Nə məsələdir? – FOTO