İkiqat Olimpiya, beşqat dünya çempionu öldü
Əfsanəvi amerikalı fiqurlu konkisürən Dik Batton 95 yaşında vəfat edib.
Aut.az xəbər verir ki, bu barədə ABŞ Fiqurlu Konkisürmə Assosiasiyası məlumat yayıb .
Batton Nyu-Yorkun North Salem şəhərində vəfat edib. Onun ölümünü oğlu Edvard təsdiqləyıb. O, atasının səhhətindəki problemlərə baxmayaraq, ölümün səbəbini açıqlamayıb.
Dik 1948 və 1952-ci il Olimpiya Oyunlarında fərdi yarışlarda qızıl medal qazanıb. 1948-1952-ci illərdə dünya çempionatlarında ardıcıl 5 qızıl medal qazanıb. O, həmçinin 7 dəfə ABŞ çempionu olub.
Batton 1948-ci ildə Avropa Çempionatının da qalibi olub. Onun qələbəsindən sonra ABŞ təmsilçiləri artıq turnirə dəvət olunmayıb.
Button rəsmi yarışda ikiqat Akseli ilk vuran, eyni zamanda rəsmi turnirdə üç təkanla tullanmanı həyata keçirən ilk şəxs olub.
Karyerasını bitirdikdən sonra şərhçi kimi çalışıb.
Aut.az
