Qaydasız döyüş

Ronaldo ona söz verib: Bu döyüşə gələcək

Rusiyalı UFC döyüşçüsü, “Shara Bullet” ləqəbli Şarabutdin Maqomedov britaniyalı Maykl Peyclə döyüşdən əvvəl keçirdiyi mətbuat konfransında “Əl-Nəsr”in məşqində iştirak etdiyini və Kriştiano Ronaldo ilə danışdığını bildirib.

Aut.az xəbər verir ki, Maqomedov Ronaldonun döyüşə gələcəyini də bildirib.

“Məni “Əl-Nəsr”in məşqinə dəvət etdilər. Klub prezidenti mənə soyadımın yazıldığı fərdi köynək verdi. Kriştiano Ronaldo ilə görüşdüm və bütün futbolçularla danışdım. Kriştiano ilə uzun müddət danışdım, o, mənə futbolkasını verdi və imzaladı. Fevralın 1-də mənim döyüşümə gələcək və mənə azarkeşlik edəcək. Dedi ki, mənim UFC çempionu olmaq üçün hər cür perspektivim var. O, UFC-yə çox baxır və mənim döyüşlərimi görüb. Döyüşləri sevir”, – Maqomedov deyib.

Aut.az