Qaydasız döyüş

Həmzət orada da döyüşmək istəyir: Evimdir

UFC çempionu Həmzət Çimayev ilin ikinci yarısında ən azı bir dəfə də döyüşmək istədiyini bildirib.

Çimayev mayın 10-da Nyu-Cersidə keçiriləcək UFC 328 turnirində çempionluq kəmərini Şon Striklendə qarşı müdafiə edəcək.

Aut.az xəbər verir ki, Çimayev UFC mətbuat xidmətinə verdiyi müsahibədə bildirib:

“Striklendin Hernandes üzərində qələbəsindən dərhal sonra ona qarşı döyüş istədim. Hanter Kempbellə zəng edib dedim ki, ‘Bu oğlanı mənə verin, o, mənim haqqımda çox danışır.

Hazırda yalnız Şona qarşı döyüşə diqqət yetirməyə çalışıram. Görək döyüşdən sonra özümü necə hiss edəcəyəm. Ümid edirəm ki, oktyabr ayında Əbu-Dabidə döyüşə bilərəm. Ora mənim evimdir və arena beş dəqiqəlik məsafədədir. Bu, möhtəşəm olardı”.

Aut.az