Qaydasız döyüş

Olimpiya çempionu İslamın menecerinə yazdı: O, bunu etməməlidir

Keçmiş UFC çempionu, sərbəst güləş üzrə Olimpiya çempionu (2008) Henri Sehuda İslam Maxaçovun meneceri Əli Əbdül-Əzizlə əlaqə saxlayıb.

Aut.az xəbər verir ki, o, İslamın kateqoriyasını yüngül çəkidən orta çəkiyə dəyişməsinin yolverilməz olduğunu bildirib.

“Mən Əliyə mesaj göndərdim, ona dedim ki, başa düşməyinizi istəyirəm: o bunu etməməlidir. O, kəmərindən əl çəkməməlidir. Eyni anda iki kateqoriyada titul sahibi olmağın xüsusi bir cəhəti var. Bunu edəndən sonra onu buraxa bilərsiniz. UFC tarixində eyni anda iki kəmər sahibi olan cəmi 4 nəfər olub. Düşünürəm ki, İslam buna layiqdir”, – Sehuda “The Jaxxon podcast”ında deyib.

Aut.az