Qaydasız döyüş

Keçmiş UFC çempionu Trampı ittiham etdi: Bu, əsl xəyanətdir

Orta çəkidə keçmiş UFC çempionu Şon Striklend ABŞ-ın İranla müharibəsini tənqid edib.

Aut.az xəbər verir ki, Striklend sosial media səhifəsində yazıb:

“Tramp İran məsələsini qaldırmaqla işçi sinfinə xəyanət etdi. Bəs bu, orta statistik insana neçəyə başa gəlib? Varlılar daha da varlanır, kasıblar isə daha da yoxsullaşır. Bu, əsl xəyanətdir…

İranda müharibə üçün heç kim “mənə inan, qardaş” deməkdən başqa məntiqi arqumentlər irəli sürməyib. Deyin görək, bu, Amerikaya az da olsa necə fayda verir? Deyin görək, İranın təsadüfi qrupları kalaşnikovlarla maliyyələşdirməsi əslində mənim həyatıma necə təsir edir? Nüvə silahları? Bunu 20 ildir eşidirəm”.

Aut.az