Qaydasız döyüş

MMA döyüşçüsünə bıçaqla hücum etməyinə peşman oldu – VİDEO

Keçmiş MMA döyüşçüsü Xavier Baez bıçaqlı adamı dəf etmək üçün döyüş bacarığından istifadə edib.

Aut.az xəbər verir ki, 34 yaşlı veteran idmançı Florida ştatındakı dayanacaqda naməlum şəxsin hücumuna məruz qalıb. Keçmiş döyüşçü soyuq silahla zərbədən yayınıb, daha sonra rəqibini effektiv şəkildə yerə yıxıb və boğma fəndini tətbiq edib. Sonradan məlum olub ki, bıçaqla hücum edən şəxs 50 yaşlı Ömər Marrero olub.

“Mən fənd atan kimi o, demək olar ki, dərhal bıçağı buraxdı. Kifayət qədər oksigen olmadıqda nəfəs almaqdan başqa düşünə biləcəyiniz çox şey yoxdur”, – deyə Baez bildirib.

Baez 2018-ci ildən MMA karyerasını başa vurub.

Aut.az