Azərbaycan futbolu

“Şahdağ Qusar” – “Dinamo” 9:0 – VİDEO

Futbol üzrə Azərbaycan II Liqasında X tura start verilib.

Aut.az xəbər verir ki, bu gün “Şahdağ Qusar” öz meydanında “Dinamo”nu qəbul edib. Qarşılaşma şimal bölgəsi təmsilçisinin 9:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 20-yə yüksəldən “Şahdağ Qusar” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 12 xalı olan “Dinamo” isə 9-cu yerdədir.

“Şahdağ Qusar” – “Dinamo” 9:0
Qollar: 
Tural Qurbatov, 3, 57, 86, Salman Altuxanov, 4, Ruslan Ağalarov, 31, 60, Kamran Qürbətov, 38, Rahid Əmirquliyev, 63, Rubin Seyidov, 77