Azərbaycan futbolu

Azərbaycan yığmasının futbolçusu Superkubokunun qalibi oldu

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva “Zenit” klubunun heyətində Rusiya superkubokunun qalibi olub.

Ayt.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi Yekaterinburq şəhərində gerçəkləşən həlledici oyunda “Lokomotiv”i (Moskva) 3:0 hesabı ilə mğlub edib.

Nigar Mirzəliyeva görüşü əvəz olunmadan keçirib.

“Zenit” tarixində ikinci dəfə Rusiya superkubokunu qazanıb.