İtaliya futbolunda kütləvi istefa: Prezident də getdi, Buffon da
İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Qabriele Qravina istefa verib.
Aut.az xəbər verir ki, bu barədə FIGC-nin rəsmi saytı məlumat yayıb. İtaliya komandası bundan əvvəl 2026-cı il Dünya Kuboku seçmə mərhələsinin final oyununda Bosniya və Herseqovinaya penaltilərdə 1-1, 1-4 hesabı ilə məğlub olmuşdu.
72 yaşlı məmur bu gün Romada federasiyanın departament rəhbərləri ilə görüşdə istefa verdiyini açıqlayıb. Qravina bu vəzifəni 2025-ci ilin fevral ayından bəri icra edirdu. FIGC prezident seçkiləri 22 iyunda keçiriləcək.
Qeyd etmək lazımdır ki, Qravinanın qərarından sonra Canluici Buffon da İtaliya milli komandasının nümayəndə heyətinin rəhbəri vəzifəsindən istefa verdiyini açıqlayıb.
İtaliya ardıcıl üçüncü dəfə Dünya Kubokuna vəsiqə qazana bilmədi.
Aut.az
