Qaydasız döyüş

Ferqyuson Həbibi yenə də təhqir etdi: Axmaq, əclafsan…

Amerikalı UFC döyüşçüsü Toni Ferqyuson UFC əfsanəsi Həbib Nurməhəmmədovun son açıqlamasına sərt reaksiya verib.

Aut.az xəbər verir ki, daha əvvəl Həbib demişdi ki, o, yalnız amerikalının bəxti gətirəcəyi yumruqla Ferqyusona məğlub ola bilər.

“Laki-panç? Və mən artıq səni tək buraxmağı düşünürdüm. Amma indi heç nə edə bilməyəcəm. Sən şişman axmaq, əclafsan, qorxaqsan, toyuqsan! Gizlənməyə davam et, “29-1” rekordu ilə”, – Ferqyuson sosial şəbəkələrdə yazıb.

Toni Ferqyuson və Həbib Nurməhəmmədovun UFC-də beş dəfə döyüşü planlaşdırılıb, lakin müxtəlif səbəblərdən heç vaxt baş tutmayıb.

Aut.az