İtaliya

Baş məşqçi ilə dalaşmağının güdazına gedir – Satılır

“Roma”nın baş məşqçisi Daniele De Rossi ilə dalaşan Brayan Kristantenin paytaxt klubunda gələcəyini şübhə altındadır.

Aut.az xəbər verir ki, mətbuatda yayılan xəbərlərə görə, İtaliya millisinin yarımmüdafiəçisi karyerasını “Fiorentina”da davam etdirə bilər.

“Bənövşəyilər”in yeni baş məşqçisi Raffaele Palladino Kristantenin keyfiyyətlərini çox yüksək qiymətləndirir. Bununla belə, 29 yaşlı yarımmüdafiəçi transfer olacağı təqdirdə maaşı azalacaq. İndi o, ildə 4 milyon avro qazanır.

Kristante 2019-cu ildən “Roma”da çıxış edir. Onun transfer dəyəri 20 milyon avro qiymətləndirilir, müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Aut.az