Spalletti İtaliya futboluna çıxış yolu göstərdi: 19 yaşdan aşağı…
“Yuventus”un baş məşqçisi Luçano Spalletti A Seriyası komandalarından 19 yaşdan aşağı bir oyunçunu meydana buraxmağı tələb etməyi təklif edib.
Aut.az xəbər verir ki, Spalletti bu barədə yerli mətbuata danışıb:
“Biz istedadları qorumalıyıq. Mən bunu təklif edirəm: əgər hər bir Serie A komandasını 19 yaşdan kiçik bir oyunçunu meydana çıxarmağa məcbur etsək, necə olar?
Məsələn, “Yuventus”da bu yaşda dörd oyunçu olmalı və birini mütləq meydana buraxmalıyıq. Bir komandada dörd gənc oyunçu əhəmiyyətli bir rəqəmdir”.
İtaliya millisi daha əvvəl Bosniya və Herseqovinaya uduzaraq (1:1, 1:4 – penaltilər) 2026-cı il dünya çempionatına vəsiqə qazana bilməyib.
Aut.az
