Pirlo qovuldu
İtaliya millisinin heyətində dünya çempionu Andrea Pirlo “Sampdoriya”nın baş məşqçisi vəzifəsindən azad edilib.
Aut.az xəbər verir ki, bu barədə Genuya klubunun mətbuat xidməti məlumat yayıb.
Bu qərar komandanın cəmi bir xal qazandığı İtaliya B Seriyasının yeni mövsümünün üç turundan sonra verilib. Pirlonun köməkçiləri Roberto Baronio, Mauro Bertoni, Nikola Pavarini və Raffaele Klemente də klubu tərk edib.
45 yaşlı mütəxəssis 2023-cü ilin yayından “Sampdoriya”ya rəhbərlik edirdi və komanda ötən mövsüm B Seriyasında 7-ci yeri tutub, daha sonra pley-offun 1/4 finalında “Palermo”ya uduzub (0:2).
Aut.az
