“Çelsi”nin ulduzu İtaliya nəhənglərinin hədəfində
“Çelsi”nin argentinalı cinah oyunçusu Alexandro Qarnaço karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Goal.com” məlumat yayıb.
Mənbənin iddiasına görə, futbolçu ilə eyni vaxtda dörd İtaliya nəhəngi – “Yuventus”u, “Roma”, “Napoli” və “Milan” maraqlanır. Milan təmsilçisi argentinalını Rafael Leaonun potensial əvəzləyicisi kimi nəzərdən keçirir.
“Çelsi” ötən yay Qarnaçonu “Mançester Yunayted”dən 50 milyon avroya transfer etsə də, 21 yaşlı futbolçu London klubunun ümidlərini doğrultmayıb. O, 43 oyunda cəmi 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
Argentinalı futbolçunun “Çelsi” ilə müqaviləsi 2032-ci ilin yayına qədər qüvvədədir. Hazırda onun transfer dəyəri 28 milyon avro qiymətləndirilir.
Aut.az
