İtaliya

“Yuventus” onu almağa məcburdur: Bu bənd aktivləşdi

“Yuventus” mövsümün sonunda Lois Openda ilə bağlı məcburi satınalma maddəsini işə salmalı olacaq.

Aut.az xəbər verir ki, bu, hücumçumim bu mövsüm kifayət qədər oyun vaxtı və təsir göstərə bilməməsinə baxmayaraq reallaşacaq.

Məlumatlara görə, “qoca sinyora”nın A Seriyasında “ilk 10-luq”da yer alması riyazi cəhətdən dəqiqləşdikdən sonra bu şərt avtomatik aktivləşib.

Nəticədə “Leypsiq” 40,6 milyon avro alacaq. Bundan əlavə, əvvəlki icarə müqaviləsi üçün artıq 3,3 milyon avro ödənilmişdi.

İtaliya mətbuatında bu vəziyyət “paradoks” kimi qiymətləndirilir. Belə ki, Openda bütün turnirlərdə 33 oyuna çıxsa da, cəmi 2 qol vurub və martın 1-dən sonra ümumiyyətlə meydanda görünməyib. O, sonuncu dəfə “Roma” ilə 3:3 hesablı heç-heçə ilə başa çatan oyunda cəmi 1 dəqiqə oynayıb.

Bildirilir ki, satınalma maddəsi “Yuventus”un turnir cədvəlinin yuxarı yarısında qərarlaşması ilə bağlı idi. “Atalanta” üzərində qələbə və digər nəticələr bu şərtin yerinə yetirildiyini rəsmiləşdirib.

Beləliklə, oyun praktikasının azlığı və qeyri-sabit çıxışlara baxmayaraq, maliyyə öhdəliyi “Yuventus”u mövsümün sonunda transferi tamamlamağa məcbur edir.

Aut.az