Ona 48 milyon avroluq müqaviləni hansı klub təklif edib?
“Roma”nın baş məşqçisi Joze Mourinyonun Səudiyyə Ərəbistanından aldığı təklifin detalları məlum olub .
Aut.az xəbər verir ki, daha əvvəl portuqaliyalı mütəxəssis yayda “futbol tarixinin ən cəlbedici təklifindən” imtina etdiyini qeyd etmişdi.
İnsayder Nikolo Şiranın sözlərinə görə, Mourinyoya “Əl-Əhli” 2025-ci ilə qədər illik 48 milyon avro maaşla müqavilə təklif edib.
A Seriyasının yeni mövsümünün başlanğıcında “Roma” altı oyunda cəmi bir qələbə qazanıb və turnir cədvəlində 16-cı yeri tutur.
Aut.az
