Dünya futboluİtaliya

Ronaldonun pulunu vermirlər: Yenə də məhkəmə olacaq

“Yuventus” “Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo ilə məhkəmə çəkişməsini davam etdirəcək.

Aut.az xəbər verir ki, Turin klubu məhkəmənin qərarı ilə hücumçuya verməli olduğu 9,8 milyon avronu ödəmək niyyətində deyil.

Ronaldo, bir çox klubların maaşları azaltmaq üçün oyunçularla danışıqlar aparmağa məcbur olduğu koronavirus pandemiyası zamanı “Yuventus”un ödəmədiyi maaşla bağlı məhkəmədə qalib gəlib.

Klub bu məsələdə Ronaldo ilə razılığa gələ bilməyib.

İlk instansiyada məğlub olmasına baxmayaraq, “Yuventus” məhkəmə çəkişmələrini davam etdirəcək və apellyasiya şikayəti verəcək.

Aut.az