Qaydasız döyüş

UFC rəhbəri hakimlikdən şikayətləndi: Dəhşətli idi

UFC-nin rəhbəri Deyn Uayt Solt Leyk Sitidə keçirilən turnirdə hakimlərin qərarlarını .ərh edib.

Aut.az xəbər verir ki, Uaytun diqqətini xüsusilə Raquel Penninqton-Culianna Pena və Joze Aldo-Mario Bautista arasındakı döyüşlər çəkib.

“Bu gün hakimlik dəhşətli idi. Başqa heç nə demək istəmirəm. Özümü İrlandiyanın bir yerində boks turnirində hiss etdim.

Mən həmişə Aldo-Bautista kimi döyüşlərdə hakimin səkkizbucaqlıda daha fəal olmasının tərəfdarıyam. 100%. Xüsusən də kimsə bunu vaxt almaq üçün edirsə. Biz bunu anlayacağıq. Döyüşməyə çalışmasan, necə qalib ola bilərsən? Dəlilikdir. Döyüşmək istəmirsinizsə və dayanırsınızsa, hakim müdaxilə etməlidir”, – Uayt mətbuat konfransında deyib.

Aut.az