Karvaxalın zədələnməsi “Real”ın planın dəyişdi: Onu elə bu qış almaq istəyirlər
“Liverpul”un müdafiəçisi Trent Alexander-Arnold elə bu qış klubunu dəyişə bilər.
Aut.az “Sport.es”ı istinadən xəbər verir ki, “Real Madrid” bu mövqeyə fəal şəkildə oyunçu axtarışında olduğu üçün futbolçunun transferində maraqlıdır.
Mənbənin məlumatına görə, Madridin ilk planı “Liverpul”la müqaviləsi 2025-ci ilin iyununda başa çatan ingilis futbolçu ilə qışda ilkin razılığa gəlib, gələn yay pulsuz transferlə onu komandaya cəlb etməkdir.
Bununla belə, Karvaxalın zədəsi səbəbindən “Real Madrid” mersisaydlılara Trentin transferi üçün müəyyən məbləğ ödəməyə hazırdır.
Aut.az
