Qaydasız döyüş

İslamı istədiyimi kimi məğlub edərəm – Gürcüdən iddialı açıqlama

Gürcü döyüşçüsü və UFC-nin yüngül çəki çempionu İlya Topuriya qarışıq döyüş sənətlərindəki gələcəyi ilə bağlı fikirlərini bildirib.

Topuria iyunun 15-də Ağ Evdə (ABŞ) keçiriləcək UFC turnirində amerikalı Castin Qetce ilə yüngül çəkidə UFC titul uğrunda döyüşəcək.

Aut.az xəbər verir ki, Topuriya Alvaro Kolmeneroya müsahibəsində deyib:

“Həyatımın elə bir mərhələsindəyəm ki, peşəkar karyeramla bağlı proqnozlar vermək çətindir. Bu döyüşdən (Qetceyə qarşı) sonra məni nəyin motivasiya edəcəyini bilmirəm.

Özümü planetin ən yaxşı idmançısı hesab edirəm. İslam Mahaçevi istədiyim şəkildə məğlub edə biləcəyimə 100% əminəm”.

İlya Topuriya 17 MMA döyüşünə çıxıb və hamısında qalib gəlib. İslam Mahaçev 29 döyüşün 28-də qalib gəlib.

Aut.az