Qaydasız döyüş

45 yaşında geri qayıdır: Görün kimlərə rəqib olmaq istəyir

45 yaşlı keçmiş boksçu Menni Pakyao 3 illik fasilədən sonra peşəkar aktaqona qayıtmaq niyyətindədir.

Aut.az xəbər verir ki, Jurnalist Maykl Bensonun sözlərinə görə, Pakyao boksa qayıtmağa ciddi qərar verib və Jervonta Devis, Rayan Qarsiya və ya Konor Makqreqora qarşı yüksək səviyyəli döyüş keçirmək istəyir. Pakyaonun qayıtması ilə bağlı məlumatı onun agenti Şon Qibbons da təsdiqləyib.

“O, karyerasına yenidən başlayır. Səudiyyə Ərəbistanında Makqreqora qarşı döyüş təşkil etmək əla olardı. Bu, belə bir tədbir üçün ən uyğun yerdir”.

Qeyd edək ki, Pakyao son peşəkar döyüşünü 2021-ci ilin avqustunda keçirib.