UFC döyüşçüləri məşhur filmin davamına çəkiləcəklər
Bir neçə UFC döyüşçüsü “Road House” filminin remeykinə çəkilən davam filmində (sikvelində) rol alacaq.
Aut.az xəbər verir ki, 1989-cu ilin məşhur döyüş filminin yenidən çəkilmiş versiyası 2024-cü ildə təqdim olunub. Baş rolları Ceyk Cillenhol və keçmiş UFC çempionu Konor Makqreqor ifa edib.
“Deadline”-ın məlumatına görə, yeni filmdə Maykl Çendler, Dastin Porye, Maykl Peyc, Stiven Tompson, Tayron Vudli və kikkbokçu Riko Verhuven çəkiləcəklər.
Gözlənilir ki, sikveldə Konor Makqreqor görünməyəcək, çünki o, hazırda 2026-cı ildə UFC-yə qayıdışına hazırlaşır.
