Qaydasız döyüş

Karyerasını bitirir: Bu döyüş onun üçün sonuncu olacaq

Əfsanəvi döyüşçü Con Cons noyabrın 15-dən 16-na keçən gecə rəqibi Stipe Mioçiçə qarşı döyüşəcək.

Aut.az xəbər verir ki, bu görüş onun karyerasında sonuncu olacaq. Bu barədə məşqçisi Brendon Gibson məlumat verib.

“Con təqaüdə çıxmağa hazırdır və mən onun verdiyi istənilən qərarı dəstəkləyəcəm. Növbəti döyüşü son səyahətimiz kimi qəbul edirəm. İnanıram ki, o, daha bir neçə döyüş keçirə bilərdi. Amma artıq hər şeyi çoxdan hamıya sübut edib və qalmağın mənası yoxdur.

Mioçiçə qarşı qələbə Consun statusunu, irsini möhkəmləndirəcək. Amma biz bu haqda düşünmürük. Kədərlidir, amma hər dəfə onunla məşq etməyə gedəndə başa düşürəm ki, bu, sonuncu dəfədir”, – deyə Gibson bildirib.

Aut.az