Qaydasız döyüş

“Həmişə sərxoş olur və ya narkotik qəbul edir”

Ən yaxşı braziliyalı UFC döyüşçüsü Renato Karneyro maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, “Moykano” ləqəbi ilə tanınan idmançı iki çəki dərəcəsində keçmiş UFC çempionu olan irlandiyalı Konor Makqreqorla bağlı şok açıqlamalar verib:

“İndi o, daha çox psixikaya malikdir. Yeyib-içdiyi videoları çəkir. Mənə elə gəlir ki, o, həmişə sərxoşdur və ya hansısa narkotikdən istifadə edir. Dəqiq bilmirəm, amma düzünü desəm, yenə də ondan xoşum gəlir. O, gülməli və parlaq biridir”.

Xatırladaq ki, Konor 2021-ci ilin yayından amerikalı Dastin Poreylə döyüşdə ayağını sındırdıqdan sonra aktaqonlardan uzaq düşüb.