Qaydasız döyüş

4 ay əvvəl ölümlə çarpışırdı: Məşqlərə başladı – VİDEO

Ölümdən dönən məşhur qarışıq döyüş ustası Ben Askren məşqlərə qayıdıb.

İyun ayında UFC və “Bellator” karyerası ilə tanınan Askren stafilokok infeksiyasının yaratdığı pnevmoniya səbəbindən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. 41 yaşlı amerikalıya ikiqat ağciyər köçürülüb.

Aut.az xəbər verir ki, Ben məşqin videosunu sosil şəbəkədə paylaşaraq yazıb:

“Dörd ay əvvəl ölürdüm. Üç ay əvvəl köməksiz dayana bilmirdim. İki ay əvvəl gəzinti aparatından istifadə edirdim. Nə bəhanə gətirirsən? Ayaqqabılarını bərk-bərk bağla, işə başla!”, – Askren yazıb.

Askren (19-2) 2009-2019-cu illərdə MMA-da yarışıb, “Bellator” və ONE çempionu olub.

Aut.az