Mənim komandamda söz azadlığı yoxdur: Hamı mən deyəni edir
UFC əfsanəsi Həbib Nurməhəmmədov məşqçi kimi fəaliyyəti barədə danışıb.
Aut.az xəbər verir ki, Həbib bu barədə Dünya İdman Sammitində (World Sports Summit) deyib:
“Məşqə başlayanda bütün oyunçularım bilir ki, söz azadlığımız yoxdur. Hamı mənim dediyimi edir. Məşqçi mənəmsə, danışmaq yoxdur.
Onları məcbur etməyə çalışıram. Nəticələrə baxsanız, demək olar ki, hər təşkilatda çempionlarımız var. Biz dünyanın ən yaxşı komandasıyıq. Xoşbəxtəm. Bu o deməkdir ki, mən yaxşı iş görürəm”.
Həbib İslam Mahaçev, Umar və Usman Nurməhəmmədov, Hacı Rabadanov, Maqomed Zaynukov və başqaları kimi döyüşçülərin məşqçisidir.
Aut.az
