Əfsanəvi döyüşdən sonra düşən dava: Hakim təfərrüatları açıqladı
UFC referisi Herb Din Həbib Nurməhəmmədovla irlandiyalı Konor Makqreqor arasında əfsanəvi döyüşdən sonra kütləvi davaya niyə icazə verdiyini açıqlayıb.
2018-ci ilin oktyabrında Həbib dördüncü raundda Makqreqoru boğaraq məğlub etdi, bundan sonra onların komanda üzvləri arasında əlbəyaxa döyüş başlayıb.
“Həbib Konoru boğmağa başladı. Mən onu buraxmağı xahiş etdim, lakin Həbib xahişimi qəbulu etmədi. Mən onların yanında dayanmışdım. Bundan sonra Həbib qəflətən qəfəsdən kənarda kimsə ilə danışmağa başladı.
Əvvəlcə Nurməhəmmədovun bunu etməsinə mane olmağa çalışdım, lakin sonra başa düşdüm ki, bu mənim məsuliyyətim deyil. Bu, başqasının işidir. Mənim işim artıq tamamlanmışdı”, – Din “Jaxxxon Podcast”a deyib.
Aut.az
