Qaydasız döyüş

Təcavüzkar Makqreqoru dəstəklədi: Bu oğlanla aram olmasa da…

Braziliyalı ulduz UFC döyüşçüsü Rafael dos Anjos cinsi təcavüzdə təqsirli bilinən irlandiyalı Konor Makqreqora dəstək olub.

Aut.az xəbər veri ki, Dos Anjos sosial şəbəkə hesabında “Mənim bu oğlanla fikir ayrılıqlarım var idi, amma ümid edirəm ki, o, həyatını yoluna qoyacaq və daha yaxşı qərarlar verməyə başlayacaq”, – deyə yazıb.

Qeyd edək ki, bir neçə gün əvvəl məhkəmə Makqreqoru 2018-ci ildə qıza təcavüz etdiyinə görə 250 min avro cərimələyib.

Konor Makqreqor 2021-ci ilin yayından, amerikalı Dastin Puare ilə döyüşdə ciddi zədələndikdən sonra oktaqona qayıtmayıb.

Aut.az