Porye karyerasını məğlubiyyətlə başa vurdu – VİDEO
ABŞ-da keçirilən UFC 318 turnirinin əsas döyüşündə Maks Hollouey Dustin Porye üzərində qələbə qazanıb.
Aut.az xəbər verir ki, döyüş üç raund davam edib və Hollouey hakimlərin yekdil qərarı ilə qalib elan olunub. Bu nəticə ilə amerikalı döyüşçü BMF titulunu qorumağı bacarıb.
UFC-nin təcrübəli döyüşçülərindən biri olan Dustin Porye üçün bu, karyerasındakı son döyüş olub. O, karyerası ərzində 30 qələbə qazanıb, bu isə onun 10-cu məğlubiyyəti olub. Döyüşdən sonra Poirier rəmzi şəkildə əlcəklərini çıxararaq səhnənin ortasına qoyub və bununla da peşəkar karyerasına son verdiyini bəyan edib.
Aut.az
