Qaydasız döyüş

Çempion əməliyyat olundu: Nə vaxt qayıdacaq?

UFC-nin yüngül çəki dərəcəsində çempionu Pyotr Yan bel nahiyəsindən keçirdiyi əməliyyatdan sonra bir neçə ay yarışlardan kənarda qalacaq.

Aut.az xəbər verir ki, “Pyotr son döyüşündə onu narahat edən belindən əməliyyat olunub. Bərpa prosesi bir neçə ay davam edəcək”, — deyə döyüşçünün nümayəndəsi bildirib.

Yan sonuncu dəfə dekabrın 7-də oktaqona çıxıb. Həmin görüşdə gürcüstanlı Merab Dvalişvilini məğlub edərək çempionluq kəmərini qazanmışdı.

Məlumata görə, rusiyalı döyüşçü Dvalişvili ilə revanş döyüşünə 2026-cı ilin iyul və ya avqust aylarında hazır ola bilər.

32 yaşlı Pyotr Yanın MMA karyerasında 20 qələbə və 5 məğlubiyyət var.

Aut.az