Əfsanəvi çempiondan şok iddia: Ailəmi öldürüblər, əvəzinə başqalarını göndəriblər
Əfsanəvi amerikalı döyüşçü, keçmiş UFC çempionu Bi Cey Penn sosial şəbəkədə çox qəribə açıqlamalar verib.
Aut.az xəbər verir ki, 46 yaşlı Penn öz paylaşımlarında ailəsinin bütün üzvlərinin öldürüldüyünü və yerinə başqalarının gətirildiyini iddia edib. Əfsanəvi döyüşçü polisdən qohumları üzərində DNT testi keçirməyi xahiş edib.
Sosial mediada paylaşdığı videoda Penn anasının şəklini yerləşdirərək, qulaqlarının əvvəlkindən fərqli göründüyünü iddia edib. “Bu adamlar mənim əsl ailəm deyil. Qulaqlarına baxın. Çillərinə baxın. Mən DNT testi etmək istəyirəm”. – döyüşçü bildirib.
“Anam və ya qardaşlarım kimi davranan bu insanların hər hansı birinə pislik etsəm, həbsxanaya düşəcəm və hər şeyimi itirəcəm. Əgər mənə pislik etsələr, onlara heç nə olmayacaq, amma hər şeyi itirəcəyəm. İllər ərzində polis arasında çoxlu dostlar qazandım. Siz mənə kömək edəcəksinizmi? Biz Cey Di, Reyqana və anama kömək edəcəyik, onları tapacağıq və mənim ailəmi oğurlamağa çalışanların işini araşdıracağıq”, – o bildirib.
Fanatlar Pennin vəziyyətindən narahatdırlar və onun psixi pozğunluqdan əziyyət çəkdiyini iddia edirlər.
Aut.az
