Makqreqor da, Həbib də məndən qorxur – İDDİA
Keçmiş UFC döyüşçüsü Toni Ferqyuson əmindir ki, Konor Makqreqor və Həbib Nurməhəmmədov onunla döyüşməkdən qorxurlar.
Aut.az xəbər verir ki, Ferqyuson bu barədə “MMAFightingonSBN” YouTube kanalına müsahibəsində deyib.
“Konor qorxur. Bu oğlan mənimlə döyüşmək istəmir. Eyni şey o qorxaq Həbib üçün də keçərlidir”, – Ferqyuson deyib.
Toni Ferqyuson bu yaxınlarda “Misfits Boxing 22”-də döyüşüb və burada üçüncü raundda Salt Papini texniki nokautla məğlub edib.
Aut.az
