Döyüşçülər şikayət etdilər, geri addım atdı
UFC rəhbəri Dana Uayt idmançıların çoxsaylı şikayətlərindən sonra promosyonun köhnə əlcəklərə qayıtdığını açıqlayıb.
Aut.az xəbər verir ki, o, bu barədə “The Score”-a açıqlama verib:
“Biz əvvəlcə bu əlcəkləri gözlərin soyulmasının qarşısını almaq üçün yaratdıq. Hər şeyin yaxşı olacağına ümid edirdik, amma alınmadı. Döyüşçülər onlardan narazı idilər. Mən baş əməliyyat müdirimiz Lorens Epşteinə zəng etdim və dedim ki, əlcəkləri dəyişirəm, köhnələrini geri istəyirəm”.
Yenilənmiş əlcək dizaynı aprel ayında təqdim edilib. Dəyişikliklər idmançılar arasında kəsiklərin, gözlərdə barmaqların, sıyrıqların və əl zədələrinin sayını azaltmaq üçün edilib. Döyüşçülər yeni əlcəkləri ilk dəfə iyun ayında UFC 302-də geyiniblər.
Aut.az
