Həbib onları titul döyüşünə belə hazırlayır – VİDEO
UFC əfsanəsi Həbib Nurməhəmmədov İslam Mahaçev və Usman Nurməhəmmədovu qarşıdakı titul döyüşlərinə hazırlamağa başlayıb.
Aut.az xəbər verir ki, məşqin videosunu 13 ildir Həbibin komandası ilə işləyən amerikalı MMA məşqçisi Xavyer Mendes yayımlayıb.
Oktyabrın 3-də Usman Nurməhəmmədov Dubayda (BƏƏ) keçiriləcək turnirdə irlandiyalı Pol Hyuzla yüngül çəkidə çempion titulunun revanş döyüşünü keçirəcək.
Noyabrın 16-da İslam Mahaçev Nyu-Yorkda (ABŞ) UFC 322 turnirində avstraliyalı Cek Della Maddalenaya qarşı yüngül çəki dərəcəsində UFC çempionu titulu döyüşü keçirəcək.
Aut.az
