Qaydasız döyüş

Həbibin atası bu döyüşçünü niyə xoşlamırmış?

Shara Bullet kimi tanınan UFC döyüşçüsü Şarabutdin Maqomedov Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovla bağlı xatirələrini bölüşüb.

Aut.az xəbər verir ki, Şarabutdin Abdulmanapın onu niyə xoşlamadığının səbəbini açıqlayıb.

“Abdulmanap Maqomedoviç çox müdrik insan idi. Bəzən elə bilirdin ki, o, bəzi xırda şeyləri qeyd edir, amma sonra bəlli olurdu ki, hər şeyə dərindən baxır. Və bu gün biz onun öyrətdiklərinin nəticəsini görürük.

O bildirirdi ki, idmançı üçün üç şey vacibdir – saç düzümü, nizam-intizam və gecə küçəyə çıxmamaq. Saçlarım həmişə uzun olub, bu da onun idman zalına yazılmağı çətinləşdirirdi.

Həbib belə şeyə loyal yanaşırdı. Amma bir gün mən ora gələndə Həbib yox idi və Abdulmanap saç düzümündən danışdı. Amma bu sözlərin mənasını başa düşmədim. “Saç idmana mane olmaz” deyə düşünürdüm.

Bəs niyə oğlanlar saçlarını uzadırlar – qızların xoşuna gəlsin və gözəl görünsün. Amma döyüşçü üçün bunun əhəmiyyəti olmamalıdır, hamı onu sevməməlidir – Abdulmanap belə deyirdi.

Gecə ziyafətinə gəlincə, bu, bərpa ilə bağlıdır. Gənc olanda bunu hiss etmirsən, amma 30 yaşına çatanda yaxşı yatmaq lazım olduğunu başa düşürsən. Bir gecə yaxşı yatmasanız, ertəsi gün dəhşət olacaq”, – Sport24-ün müxbiri Yaroslav Stepanov Maqomedovun sözlərini sitat gətirib.

Rusiyanın əməkdar məşqçisi 2020-ci ildə koronavirus səbəbiylə ağırlaşmalardan dünyasını dəyişib.

Aut.az