“Bavariya”ya ondan qurtulmaq istəyir: Sərgilədiyi perfomansa rəğmən
“Bavariya” yarımmüdafiəçinin yaxşılaşan performansına baxmayaraq, Leon Qorzetskadan qurtulmaq istəyir.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.
Klub 2024-cü ilin yayında yarımmüdafiəçini satmaq istəsə də, alıcı tapmayıb. Bundan əlavə, “qırmızılar”ın idman direktoru Maks Eberl Qoretska ilə söhbət edib və o, futbolçuya “Bavariya”da gələcəyinin olmadığını açıqlayıb.
Görüşdən sonra Qoretzka 5 oyun keçirdi, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Lakin Münhen komandasının oyunçu ilə bağlı fikri dəyişməyib.
Qeyd edək ki, Leonun “Bavariya” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. “Transfermarkt” onun dəyərini 22 milyon avro olaraq qiymətləndirir.
Qoretska 2018-ci ildən “Bavariya”da çıxış edir. Yarımmüdafiəçi bu müddətdə 14 kubok qazanb.
Aut.az
