Keyn “Bavariya”nı 250 min ziyana saldı – Nəyə görə?
“Bavariya”nın hücumçusu Harri Keyn bu mövsüm göstərdiyi performansa görə əhəmiyyətli maliyyə mükafatı alacaq.
Aut.az xəbər verir ki, Keyn bir mövsümdə 40-dan çox qol vurmağı bacardığı üçün 250 min avro mükafat alacaq. Bu barədə “Bild” məlumat yayıb.
Keyn bu mövsüm bütün turnirlərdə 42 oyunda 42 qol vurub və 13 məhsuldar ötürmə verib.
“Bavariya”nın hələ dörd Bundesliqa matçı və Çempionlar Liqasının yarımfinalında “Real”a qarşı oyunu var.
Aut.az
