“Bu olsaydı, mənim də “Qızıl top” üçün şansım olardı”
“Real”ın və Almaniya millisinin sabiq yarımmüdafiəçisi, Avro-2024-dən sonra karyerasını başa vuran Toni Kroos peşəkar futboldakı son ilində “Qızıl top”a namizədlər sırasında adının hallanmasından danışıb.
Aut.az xəbər verir ki, o, bu sözləri deyib:
“Qızıl top” hədəflədiyim titul deyildi. Amma bunun qalib gəlməməyimlə heç bir əlaqəsi yoxdur.
Mükafatı alan oyunçuların profilləri həmişə oxşar olub. Amma mənimki başqa idi.
Komandamda dünya səviyyəli futbolçular çıxış edirdi: Kriştiano Ronaldo, Luka Modriç, Kərim Benzema. Bu işdə onlara kömək etdim. Avropa çempionu olsaydıq, mənim də “Qızıl top” üçün şansım olardı”.
Qeyd dək ki, Avropa çempionatında Almaniya 1/4 finalda turnirin qalibi İspaniya millisinə uduzub – 1:2.
Aut.az
