“Bavariya”da yeni baş məşqçi – FOTO
Vinsent Kompaninin “Bavariya”nın baş məşqçi postuna təyinatı rəsmiləşib.
Aut.az xəbər verir ki, “Bernli”ni çalışdıran 38 yaşlı belçikalı mütəxəssislə müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Daha əvvəl “Bavariya” nın Kompani üçün “Bernli”yə 10-15 milyon avro ödəyəcəyi bildirilirdi .
Kompani bu mövsüm “Bavariya” ilə titul qazanmayan Tomas Tuxeli əvəz edir.
Kompani futbolçu kimi “Anderlext” (2002-2006; 2019-2020), “Hamburq” (2006-2008) və “Mançester Siti”də (2008-2019) çıxış edib.
2020-ci ildən 2022-ci ilə qədər Vinsent doğma “Anderlext”i çalışdırıb, daha sonra “Bernli”dən dəvət alıb.
Aut.az

