Naqelsman Noyerin durumunu açıqladı
Almaniya millisinin qapıçısı Manuel Noyer Finlandiyaya qarşı keçiriləcək yaxın yoldaşlıq oyununu buraxacaq.
Aut.az xəbər verir ki, bu barədə Bundestimin baş məşqçisi Yulian Naqelsman məlumat verib.
“Manuel Noyer bazar günü Finlandiyaya qarşı oynamayacaq. Bu bizim qərarımız idi və o da bununla razılaşıb. ABŞ-la keçiriləcək yoldaşlıq oyunundan əvvəl onun vəziyyətinin necə olduğunu açıqlayacağıq.
Bazar günü Oli Baumann oynayacaq, o, tapşırığın öhdəsindən gələcək”, — deyə Naqelsman mətbuat konfransında bildirib.
Qeyd edək ki, “Bavariya”nın 40 yaşlı qolkiperi baldır əzələsindən zədə alıb.
Almaniya – Finlandiya oyunu mayın 31-də Maynts şəhərində keçiriləcək. Almaniya millisi iyunun 6-da isə DÇ-2026 başlamazdan əvvəl ABŞ yığması ilə yoldaşlıq görüşünə çıxacaq.
Aut.az
