Almaniya

“Bavariya” Noyerə əvəzləyici tapdı – RƏSMİ

23 yaşlı qapıçı Daniel Perets rəsmi olaraq Təl-Əviv “Makkabi”sindən “Bavariya”ya keçib. O, 2006-cı ildən indiyədək doğma “Makkabi”nin sistemində olub.

Daha əvvəl transfer məbləğinin 5 milyon avro olacağı, futbolçunun özünün isə Bundesliqa hegemonu ilə 5 illik müqavilə imzalayacağı bildirilirdi. Daniel klubda 18 nömrəli formada oynayacaq.

İsrail millisinin karyerasını vətənində keçirib. Peşəkar səviyyədə keçirdiyi 134 matçda 127 qol buraxıb. 53 görüşdə qapısını toxunulmaz saxlayıb.