A seriyasına qayıtdı
Çilili hücumçu Aleksis Sançes İtaliya “İnter”i ilə müqavilə imzalayıb.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat verib.
34 yaşlı Sançes Fransanın “Marsel” klubundan ayrıldıqdan sonra azad agent kimi “İnter”ə keçir. Çililinin İtaliya klubu ilə müqaviləsi qısamüddətlidir.
Sançes üçün bu, İtaliyaya üçüncü səfərdir. O, ilk dəfə 2006-cı ildə A Seriyasına keçib – doğma “Korveloa”dan “Udineze”yə. 2011-ci ildə İspaniya “Barselona”sına keçib və 2019-cu ildə “Mançester Yunayted” Sançesi “İnter”ə icarəyə verib. Oradan isə çilili “Marselə” keçib.
Aut.az
