“Roma” bossları şəxsi təyyarə ilə Londona uçdular ki…
“Roma” “Çelsi”nin hücumçusu Romelu Lukakunu icarəyə götürmək üçün rəsmi danışıqlara başlayıb.
Aut.az xəbər verir ki, insayder Fabritsio Romanonun sözlərinə görə, romalılar icarə haqqının qiymətini və belçikalının maaşının bölüşdürülməsini müzakirə etmək üçün Londondakı həmkarları ilə əlaqə saxlayıblar.
Jurnalist Canluka Di Marzio xəbər verir ki, “Roma” rəhbərliyi danışıqlar aparmaq üçün şəxsi təyyarə ilə İngiltərəyə uçub.
İtaliya klubunun bossları “mavilər”lə anlaşacaqlarına tam əmindirlər.
Lukaku ötən mövsümü “İnter”də keçirib və A Seriyasında 10 qol vurub.
Aut.az
