A seriyasının ulduzu problem yaşayır – “Arsenal” plan qurur
London “Arsenal”ı “Yuventus”un və Serbiya millisinin hücumçusu Duşan Vlahoviçlə maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
Onların məlumatına görə, “topçular” Vlahoviçi 2025-ci ilin yayında transfer etmək istəyir. Onlar ümid edirlər ki, 24 yaşlı serb futbolçu onlara ucuz başa gələcək. Çünki 2025-ci ilin yayında onun “Yuventus”la müqaviləsinin bitməsinə cəmi bir il qalacaq.
İndi Vlahoviç “qoca sinyora”nın yeni baş məşqçisi Tiaqo Mottanın futbol fəlsəfəsinə uyğunlaşmaqda problem yaşayır. “Yuventus” gələn yay Vlahoviçi satmağı düşünür və artıq onun yerinə Viktor Osimheni nəzərdən keçirir.
Hazırda Vlahoviçin transfer qiyməti 60 milyon avro qiymətləndirilir.
Aut.az
