Leonard əməliyyat olundu
“Los Anceles Klippers”in hücumçusu Kavay Leonard dizindən əməliyyat olunub.
Aut.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Basketbolçunun sağalma müddəti məlum deyil. Lakin klub bu barədə nikbindir. Mənbənin sözlərinə görə, 33 yaşlı amerikalı fərdi proqram üzrə mövsümöncəsi hazırlıq keçəcək.
Leonard 2019-cu ildən “Klippers”də çıxış edir. 2023/24 mövsümündə forvard 68 matçda iştirak edib, hər oyuna orta hesabla 23,7 xal, 6,1 ribaund və 3,6 məhsuldar ötürmə ilə yadda qalıb.
Aut.az
