Çempionlar Liqasıİngiltərə

Salah Droqbanı taxtdan saldı

“Liverpul”un hücumçusu Məhəmməd Salah Çempionlar Liqasının Əsas mərhələsinin 2-ci turunda “Bolonya” ilə ev oyununda qol vurub.

Aut.az xəbər verir ki, 32 yaşlı misirli üçün bu, turnirdə vurulan 45-ci qol olub.

Bununla Salah Çempionlar Liqasında 44 qol vuran “Çelsi”nin sabiq hücumçusu Didye Droqbanın rekordunu qırmağa müvəffəq olub və afrikalı futbolçular arasında yarışın bombardirinə çevrilib.

Qeyd edək ki, görüş “Liverpul”un 2:0 hesablı qələbəsi ilə başa çatıb.